Rusiyalı bloger İqor Sinyak silahlı hücuma məruz qalıb.
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, o, hadisənin Parisdəki mənzilində baş verdiyini deyib.
Oğruların bir neçə saniyədə qapını qıraraq içəri daxil olduğunu və onun bahalı çantalarını, qızıl zinət əşyalarını götürərək qaçdıqlarını bildirib.
Sinyak oğrulardan birinin onun boğazına bıçaq tutduğunu, digərinin isə əşyaları oğurladığını deyib.
Blogerin sözlərinə görə hadisə əvvəlcədən planlaşdırılıb və qarətçilər qiymətli əşyaların yerini dəqiq bilib.