AZ

Salyanda bir nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

SALYAN, 5 yanvar. TELEQRAF

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hadisə Salyan–Noxudlu avtomobil yolu üzərində qeydə alınıb.

İlkin məlumata görə, iki “Mercedes” markalı avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, daha iki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəsarət alan şəxslərin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
86
teleqraf.com

1Mənbələr