Ukrayna prezidenti Vladimir Zelenski Yevgeni Xmaranı Təhlükəsizlik Xidmətinin müvəqqəti rəhbəri təyin edib.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Zelenskinin ofisinin saytında dərc olunmuş fərmanda deyilir: "Ukrayna Təhlükəsizlik Xidmətinin "A" Xüsusi Əməliyyatlar Mərkəzinin rəisi Yevgeni Leonidoviç Xmara müvəqqəti olaraq Ukrayna Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsini icra edəcək".
Qeyd edək ki, yanvarın 5-də Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Vasil Malyuk istefa ərizəsi yazıb.