“Çelsi”nin kapitanı Ris Ceyms baş məşqçi dəyişikliyinə münasibət bildirib.
İdmanxeber.az-ın məlumatına görə, London klubunun sabiq baş məşqçisi Entso Mareskanın gedişinin çətin olduğunu deyən Ceyms komandanın birliyini vurğulayıb:
“Mareskanın gedişi, əlbəttə, çətindir. Amma biz bir-birimiz üçün mübarizə aparmalıyıq. “Mançester Siti”yə qarşı dayandıq və bir xal qazandıq.”
Yeni baş məşqçi ilə bağlı sualı cavablandıran futbolçu bildirib ki, hazırda komandanın bu barədə məlumatı yoxdur:
“Növbəti məşqçinin kim olacağını bilmirik. Bu həftə tamamilə oyuna fokuslanmışdıq. Klub daxilində baş verənlər bizdən asılı deyil. Mançesterə gəldik, oyuna kökləndik və çətin vəziyyətdən çıxaraq xal qazandıq. İndi bərpa olunmalıyıq və yaxın günlərdə nə olacağını görəcəyik.”
Qeyd edək ki, Britaniya mətbuatında “Çelsi”nin yeni baş məşqçisi postuna “Strasbur”un çalışdırıcısı Liam Rozenyorun əsas namizəd olduğu yazılır.