AZ

DMX: Cari ilin 11 ayında 988 əcnəbi və vətəndaşlığı olmayan şəxs kurslarda iştirak edib

Bakı, 5 yanvar, AZƏRTAC

Cari ilin 11 ayı ərzində 988 əcnəbi və vətəndaşlığı olmayan şəxs Dövlət Miqrasiya Xidmətinin (DMX) Təlim-tədris mərkəzi tərəfindən ödənişsiz əsaslarla təşkil olunan kurslarda iştirak edib.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq DMX-nin mətbuat xidmətindən bildirilib.

“Ölkəmizdə yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan dilinin, tarixinin, mədəniyyətinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri ilə bağlı qanunvericiliyin öyrənilməsi və onların yerli şəraitə uyğunlaşdırılması üçün DMX-nin Təlim-tədris mərkəzi tərəfindən bir sıra tədbirlər həyata keçirilir, ödənişsiz əsaslarla kurslar təşkil olunur. Bu kurslarda iştirak etmək istəyən şəxslərin qeydiyyat prosesinin asanlaşdırlması məqsədilə DMX-nin rəsmi internet səhifəsinin Təlim-tədris mərkəzi bölməsində elektron müraciət forması istifadəyə verilib”,- deyə məlumatda vurğulanıb.

Seçilən
56
2
azertag.az

3Mənbələr