AZ

35 kömür vaqonu relsdən çıxdı

Rusiyanın Amur bölgəsindəki Trans-Baykal Dəmir Yolunun Qonja-Qudaçi hissəsində 35 yük qatarı vaqonu relsdən çıxıb və dəmir yolu infrastrukturuna ziyan vurub.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Regional Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilir ki, qəzada heç kim xəsarət almayıb. Qatarların hərəkəti dayandırılıb.

Hadisənin səbəbləri hələlik məlum deyil.

Seçilən
126
publika.az

1Mənbələr