Salyan rayonunda baş verən avtomobil qəzasında ölənlərin kimliyi məlum olub.
"Report"un Aran bürosunun məlumatına görə, qəzada ölənlər Sabirabad rayon sakinləri, 1965-ci il təvəllüdlü İmanov Vüqar Həsənqulu oğlu və 1994-cü il təvəllüdlü Məmmədov Coşqun Məmmədhüseyn oğludur.
Salyan rayonunda baş verən avtomobil qəzasında ölənlər və xəsarət alanlar var.
"Report"un Aran bürosu xəbər verir ki, hadisə rayonun Noxudlu kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, iki avtomobilin toqquşması nəticəsində iki nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aprarılır.