AZ

İranda partlayışlar baş verib

İranda fabrikdə partlayışlar baş verib.

APA “Mehr”ə istinadən xəbər verir ki, partlayışlar İranın Mazandaran vilayətinin Amol şəhərində yerləşən fabriklərdən birində baş verib.

İlkin məlumata görə, partlayışlara obyektin ərazisində baş verən yanğın səbəb olub. Hadisə yerinə yanğınsöndürmə və xilasedici qüvvələr cəlb edilib.

Partlayış nəticəsində ölən və yaralananlar barədə hələlik rəsmi məlumat yoxdur.

Seçilən
122
7
apa.az

8Mənbələr