AZ

Maduronun oğlu atasının həbsi haqda danışdı

ABŞ tərəfindən qaçırılan Venesuela prezidenti Maduronun oğlu Nikolas Maduro Guerra mövzu ilə bağlı ilk dəfə açıqlama verib. 7News.Az xarici mediaya istinadən xəbər verir ki, o atasının qaçırılmasına səbəb kimi hakim partiya daxilindəki xəyanətləri göstərib. Guerra atasının ABŞ-a qaçırılması və həbs edilməsi haqda deyib: "Tarix xainlərin kim olduğunu göstərəcək. Tarix bunu ortaya çıxaracaq". O eyni zamanda hərəkatın küçələrdə davam edəcəyini və sona qədər müqavimət göstərəcəklərini bildirib.
Seçilən
10
7news.az

1Mənbələr