AZ

Vətən müharibəsində Murovda əsgərlər qarşısında çıxış etmişdi, indi isə Flarmoniyada konsert verəcək...

Moderator.az xəbər verir ki, 10 yanvar 2026-cı il tarixində tanınmış xanəndə, məşhur muğam ifaçısı Malik Həsənovun Azərbaycan Dövlət Akademik Filarmoniyasında solo kenserti olacaq. Konsert zamanı xanəndənin ifasında Azərbaycan xalq mahnıları və “Şur” muğam dəstgahı səslənəcək.

Məlumat üçün qeyd edək ki, bir neçə müsabiqələrin qalibi olan Malik Həsənov insanların bir çoxunun yaddaşında 2020-ci ilin 44 günlük Vətən müharibəsində Murovda əsgərlərimiz qarşısındakı ifaları ilə yadda qalıb. Həmin vaxt ordumuz  qarşısında silsilə çıxışlar edən xanəndə, Azərbaycan əsgərləri ilə həmrəylik sərgiləmiş, öz ifaları ilə onları qələbəyə ruhlandırmışdır.

Malik Həsənovun Murovdakı ifasını oxucuların diqqətinə çatdırırıq:

Seymur ƏLİYEV

 

 

Seçilən
108
1
moderator.az

2Mənbələr