AZ

Sabiq deputatsaxlanıldı

Almaniyada Ukrayna Ali Radasının sabiq deputatı Ruslan Demçak maliyyə bazarında saxtakarlıq ittihamı ilə saxlanılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun rəsmi telegram-kanalı məlumat yayıb.

Bildirilir ki, 2023-cü ilin avqust ayında Demçaka “maliyyə bazarında saxtakarlığa kömək etmək və qanunsuz yolla əldə edilmiş gəlirlərin leqallaşdırılması” ittihamları irəli sürülüb.

Ukrayna mətbuatının məlumatına görə, R. Demçak sabiq prezident Petr Poroşenkonun partiyasına üzv olub və Rada Maliyyə Komitəsinin sədr müavini vəzifəsini tutub. Hazırda onun Ukraynaya ekstradisiya olunacağı bildirilir.

Nuriyyə NATİQQIZI

Seçilən
70
1
redaktor.az

2Mənbələr