AZ

Paşinyan kilsədə islahatlar elan edib

ain.az, Ayna portalına istinadən məlumat yayır.

Baş nazir və onun tərəfini tutan 10 yepiskop birləşib

Ermənistanın Baş naziri Nikol Paşinyan və onun tərəfini tutan 10 yepiskopun Erməni Apostol Kilsəsinin yenilənməsi üçün əlaqələndirici şuranın yaradılması haqqında sənəd imzalayıblar. AYNA.AZ xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

"Erməni Apostol Kilsəsində islahat prosesinin başlandığını elan edirik. Biz, aşağıda imza edənlər, Erməni Apostol Kilsəsinin islahatı üçün təşkilati funksiyaları həvalə etdiyimiz əlaqələndirici şura yaradırıq", - deyə Paşinyan özünün “Telegram” kanalında paylaşdığı sənəddə bildirilir.

Məqsədlərinə çatmaq üçün Paşinyan və 10 yepiskop "Kilsənin islahat gündəliyinin təşviqi", “Bütün Ermənilərin Katolikosunun vəzifədən uzaqlaşdırılması”, "maliyyə şəffaflığı və ruhani etikası prinsipləri" ilə kilsə konstitusiyasının qəbul edilməsi və yeni katolikosun seçilməsi kimi yol xəritəsini təsdiqləyiblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
ayna.az

1Mənbələr