Mia.az saytına istinadən ain.az xəbər verir.
Yatdığı yerdə ölkəsində qandallanaraq ABŞ-a aparılan Venesuela prezidenti Nikolas Maduro bu gün Nyu-Yorkda hakim qarşısına çıxarılacaq.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, məhkəmə Bakı vaxtilə saat 21.00-da başlayacaq.
Məlumata görə, Maduro ilə yanaşı, həyat yoldaşı Siliya Flores də eyni hakim tərəfindən mühakimə ediləcək.
ABŞ Ədliyyə Nazirliyi Maduro, həyat yoldaşı Siliya Flores, oğlu Nikolas Maduro Gerra, eləcə də Daxili İşlər naziri Diosdado Kabello, keçmiş daxili işlər naziri Ramon Rodriges Çaçin və Tren de Aragua dəstəsinin lideri Hektor Rasthenford Gerrero Floresə qarşı yeni ittihamlar irəli sürüb.
Bildirilib ki, ilk dəfə 2020-ci ildə ABŞ prezidenti Donald Trampın birinci müddətində elan edilən ittiham aktının yenilənmiş versiyasında Maduro dörd ayrı cinayətdə ittiham olunur.
***
Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores məhkəməyə aparılıb.
Mia.az xəbər verir ki, terrorizm və narkotik ittihamları ilə mühakimə olunacaq Maduro və həyat yoldaşı xüsusi mühafizə altında maşından düşürülərək helikopterlə prosesə yola salınıblar.
Firudin Səfərli
MİA.AZ



Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.