BAKI, 5 yanvar. TELEQRAF
“Hazırda Rusiya Prezidenti Vladimir Putinin Budapeştə səfəri üçün ən yaxşı vaxt deyil”.
Teleqraf xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban deyib.
“Rusiya Prezidenti Vladimir Putinin Budapeştə səfər etməsi üçün indi ən yaxşı vaxt deyil, çünki müzakirə ediləcək ikitərəfli məsələlər yoxdur”, - o bildirib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp 2025-ci ilin oktyabr ayında Rusiya lideri ilə Budapeştdə danışıqlar aparacağını açıqlasa da, görüş baş tutmamışdı.