“Bavariya”nın yarımmüdafiəçisi Lennart Karl “Real”a keçməyi xəyal edir.
Msport.az xəbər vedir ki, Karlın bunu özü etiraf edib:
“Bavariya” böyük klubdur. Orada oynamaq fəxrdir. Amma nə vaxtsa mütləq “Real”a keçmək istəyirəm. O, mənim xəyalımdakı klubdur”.
Qeyd edək ki, Lennart Karl bu mövsüm “Bavariya”nın heyətində bütün turnirlərdə 22 oyunda 6 qol vurub, 2 məhsuldar ötürmə verib.