AZ

ADAU-da “Davamlı keyfiyyət təminatı” mövzusunda təlim keçirilib

Gəncə, 5 yanvar, Elcan Məmmədov, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Davamlı keyfiyyət təminatı” mövzusunda təlim təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təlim Keyfiyyət təminatı və strateji inkişaf şöbəsinin müdiri keyfiyyət üzrə ekspert Mədinə Abışova tərəfindən aparılıb. Təlimin əsas məqsədi ali təhsil müəssisəsində keyfiyyət mədəniyyətinin formalaşdırılması, davamlı inkişaf yanaşmalarının gücləndirilməsi və institusional səviyyədə keyfiyyətin daim təkmilləşdirilməsinə töhfə vermək olub.

Təlim proqramı “Keyfiyyət mədəniyyəti nədir?”, “Davamlılığın əhəmiyyəti”, “Davamlı keyfiyyət mədəniyyətinin əsas prinsipləri”, “Davamlı təkmilləşdirmə”, eləcə də “Texnologiya və keyfiyyət” mövzularını əhatə edib. Mövzular praktiki nümunələr və interaktiv müzakirələr vasitəsilə izah olunub, onların real tətbiq mexanizmləri diqqətə çatdırılıb.

Təlim zamanı ali təhsil müəssisələrində keyfiyyət təminatı sistemlərinin rolu, innovativ yanaşmaların və rəqəmsal texnologiyaların tədris və idarəetmə proseslərində keyfiyyətin yüksəldilməsində əhəmiyyəti xüsusi vurğulanıb. İştirakçılar mövzular ətrafında fikir mübadiləsi aparıb. Onların sualları cavablandırılıb.

Seçilən
64
1
azertag.az

2Mənbələr