AZ

Arıqlamağın ağlasığmaz qiyməti: "Yağ iynələri" qadınları əməliyyatlara necə aparır?

Müasir arıqlama dərmanlarının köməyi ilə ideal bədən quruluşuna sahib olmaq bir çox qadın üçün gözlənilməz və baha başa gələn bir problemə çevrilib. Söhbət əvvəlcə 2-ci tip diabetin müalicəsi üçün yaradılmış, lakin hazırda artıq çəki ilə mübarizədə trend olan məşhur "yağ inyeksiyaları"ndan (GLP-1 agonistləri) gedir. Lakin onların yan təsiri - sürətli arıqlama - mütəxəssislərin "sallanmış dodaq sindromu" adlandırdığı yeni bir fenomenin ortaya çıxmasına səbəb olub.

Publika.az xəbər verir ki, bu barədə qadın sağlamlığı üzrə mütəxəssis Dr. Maykl Taxeri danışıb.

Bildirilir ki, arıqlama dərmanları məşhurların və adi insanların siluetlərini dəyişdirməyə kömək edib. Lakin arıqlama effekti yalnız ürəkbulanma və qəbizlik kimi adi yan təsirlərlə müşayiət olunmur.

Taxeri izah edib ki, sürətli piy itkisi bütün bədəndə, o cümlədən yağ toxumasının təbii "yastıq" rolunu oynadığı intim bölgədə baş verir.

"Bu həcmin qəfil itirilməsi dodaqların sallanmasına, forma dəyişikliyinə və qırışlara səbəb olur. Qadınlar bu nahiyənin çəki itirmədən əvvəlkindən fərqli göründüyünü və hiss olunduğunu, bəzən qeyri-mütənasib hala gəldiyini bildiriblər", - deyə o bildirir.

Seçilən
75
3
publika.az

4Mənbələr