
Avropa zəif və parçalanmış qalarsa, müttəfiqləri tərəfindən ciddi qəbul edilməyəcək. Bunu 5 yanvar tarixində Polşa Baş Naziri Donald Tusk bildirib.
«Heç kim zəif və parçalanmış Avropanı ciddi qəbul etməyəcək: nə düşmənlər, nə də müttəfiqlər», – Tusk X sosial şəbəkəsində yazıb.
Polşa Baş Naziri həmçinin Avropanı öz gücünə inanmağa, silahlanmanı davam etdirməyə və birliyini indiyədək olduğundan daha çox qorumağa çağırıb.