AZ

Tehranı sevindirən hücum xəbəri Xilas yolu heyrətləndirdi

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

“İsrael Hayom” baş nazir Benyamin Netanyahu və ABŞ Prezidenti Donald Trampın danışıqların uğursuz olacağı təqdirdə İrana zərbə endirmək barədə razılığa gəldiyini yazıb.

Məlumata görə, Netanyahu və Tramp İranın onların şərtləri ilə razılaşmayacağı halda, bu ölkəyə hücum qərarı veriblər. Anlaşmada həmçinin Qəzza zolağında müharibənin ikinci mərhələsinə keçid və Livanda bitərəfliyin qorunub saxlanması da nəzərdə tutulur.

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli bildirib ki, tərəflərin İranla bağlı belə bir razılığa gəlməsi praktik olaraq mümkündür:

“Lakin bu ssenarinin reallaşması çoxşaxəli hesablamaların nəticəsi də ola bilər. Netanyahu–Tramp xəttində İran məsələsinə yanaşma ideoloji və təhlükəsizlik baxımından üst-üstə düşür. Hər iki lider İranı regional status-kvonu pozan əsas aktor kimi qiymətləndirir və danışıqların nəticə vermədiyi halda güc tətbiqini legitim variant hesab edir.

Lakin əsas sual Təl-Əviv və Vaşinqtonun İrana necə zərbə endirə biləcəyidir. Əgər zərbələr 12 günlük müharibə zamanı həyata keçirilən hücumlar kimi olarsa, onların effektivliyi sual altına düşə bilər. Amma total müdaxilə nəzərdə tutulursa, bu, həm xərcli, həm də yüksək risklidir. Məsələn, hazırda İranda aksiyalar davam edir və proses olduqca həssas mərhələdən keçir. Belə bir vaxtda İrana zərbələrin endirilməsinin rejimin maraqlarına da xidmət etməsi ehtimalı var.

Qabil Hüseynli 

Hesab edirəm ki, İsrail və ABŞ İrandakı aksiyaların gedişindən və rejimin atacağı addımlardan asılı olaraq müəyyən qərarlar verə bilər. Əgər aksiyalar inqilabi mərhələyə keçərsə, İrana birbaşa müdaxiləyə ehtiyac da qalmaz. Alternativ olaraq, İsrail və ABŞ-ın sadəcə aksiya iştirakçılarına dəstək verməklə kifayətlənmələri də mümkündür. Yeri gəlmişkən, İranda aksiyalar fonunda silahlı toqquşmaların da yaşandığı müşahidə olunur. Bu da proseslərin İsrail və ABŞ-ın dəstəyi ilə əlaqələndirilməsi kimi dəyərləndirilə bilər”.

Turan Rzayev

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
1
globalinfo.az

2Mənbələr