Azər bəylə əlaqə saxladıq, vəziyyətlə maraqlandıq:
“Bu işlə vəkilim Elcan Həsənli məşğul olur. Müqaviləm PFL-lədi. Hələ də alacağım əməkhaqqılar var. Onları gözləyirəm. Necə olacaq, vaxt-zaman göstərəcək. Müqavilə ondan ötərüdü ki, şəffafllıq, saflıq olsun. Güman edirəm ki, mənim kimi bəzi məşqçilər də var ki, haqqı olanı almalıdı. Müqavilədən artıq pul istəmirik. Əməkhaqqımızı tələb edirik. İnanıram ki, hər şey qaydalar çərçivəsində olar, biz də maaşlarımızı alarıq”.
MÜZƏFFƏR QULUZADƏ