
İranda əgər hakimiyyət etirazları yatırmaqda çətinlik çəkərsə, Əli Xameneinin Təhrandan çıxması üçün təxliyyə planı hazırlanıb.
Bu barədə 5 yanvar tarixində Britaniyanın The Times qəzeti kəşfiyyat hesabatına istinadən yazıb.
«B planı Xamenei və onun ən yaxın çevrəsini, o cümlədən oğlu və ehtimal olunan varisi Məcitəbunu əhatə edir», – nəşr qeyd edir.
Qəzetin məlumatına görə, əgər ordu və təhlükəsizlik qüvvələri geri çəkilərsə və ya etirazçılar tərəfinə keçərsə, 86 yaşlı Xamenei yaxın çevrəsi – 20 köməkçisi və ailə üzvləri ilə birgə paytaxtı tərk etməyi planlaşdırır.
İsrail kəşfiyyatının nümayəndəsi Beni Sabti hesab edir ki, ayətullah Moskva istiqamətində qaça bilər, çünki qaçacaq başqa yeri yoxdur. The Times-in məlumatına görə, qaçış marşrutu Xameneinin müttəfiqi olan Suriyanın keçmiş lideri Bəşşar Əsədin 2024-cü ildə Moskvaya uçuşundan nümunə götürülüb.
Hesabatda həmçinin qeyd olunur ki, Xamenei keçən il İsraillə müharibədən sonra zəifləyib və onu nadir hallarda ictimaiyyət arasında görürlər. Son etiraz günlərində də o, görünməyib.