AZ

Qusarda bayram günlərində 12 nəfər buzda yıxılaraq xəsarət alıb

Qusar, 5 yanvar, Elxan Yusifli, AZƏRTAC

Bayram günlərində Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsində 260 müraciət qeydə alınıb.

Xəstəxanadan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tibb müəssisəsinə 1 nəfər yol-nəqliyyat hadisəsi, 29-u müxtəlif travmalarla bağlı müraciət edib. Onlardan 12-si hava şəraiti ilə əlaqədar yolların buz bağlaması nəticəsində yıxılaraq xəsarət alanlar olub.

Digər müraciətlər isə, əsasən, kəskin respirator virus xəstəlikləri və arterial hipertenziya ilə əlaqədar olub. Qeyd edilən müddətdə 2 cərrahi əməliyyat icra olunub.

“Bayram günlərində vətəndaşlardan daxil olan müraciətlər operativ şəkildə cavablandırılıb, çağırışlara vaxtında və peşəkar tibbi yardım göstərilib”, - deyə məlumatda vurğulanıb.

Seçilən
46
6
azertag.az

7Mənbələr