AZ

"Yandex" bir ayda Azərbaycandakı bazar payının 24 %-ni itirib

Ötən ilin dekabr ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) "Google" axtarış sisteminin bazar payı 83,75 % təşkil edib.

"Statcounter" agentliyinin son hesabatında verilən məlumata görə, bu, noyabr ayına nisbətən 4,37 faiz bəndi çox, 1 il əvvəlin göstəricisi ilə müqayisədə 1 faiz bəndi azdır.

İkinci pillədəki "Yandex"in bazar payı ay ərzində 4,48 faiz bəndi azalaraq, illik isə 0,46 faiz bəndi artaraq 13,86 % olub. Beləliklə onun bazar payı son 1 ayda 24 % azalıb.

Növbəti yerdə qərarlaşan "Bing"in bazar payı aylıq müqayisədə 0,11 faiz bəndi, illik isə 0,53 faiz bəndi artaraq 1,61 %-də qərarlaşıb.

Dördüncü yerdəki "DuckDuckGo"nun bazar payı ay ərzində 0,02 faiz bəndi, illik müqayisədə isə 0,09 faiz bəndi artaraq 0,42 % təşkil edib.

İlk beşliyi qapadan "Yahoo"nun bazar payı ay ərzində 0,04 faiz bəndi, illik müqayisədə isə 0,15 faiz bəndi azalaraq 0,27 % olub.

İş elanları AzVak.az-da

© "Report"

Seçilən
67
2
marja.az

3Mənbələr