AZ

Kolumbiya Prezidenti Trampın təhdidlərindən sonra silaha sarılmağa hazır olduğunu bildirib

BAKI, 5 yanvar. TELEQRAF

ABŞ bayrağını Kolumbiya bayrağından üstün tutan istənilən komandir dərhal vəzifəsindən azad ediləcək. Konstitusiyamız silahlı qüvvələri milli suverenliyi müdafiə etməyə məcbur edir.

Teleqraf xəbər verir ki, bu barədə Kolumbiya Prezidenti Qustavo Petro amerikalı həmkarı Donald Trampın təhdidlərindən sonra sosial şəbəkələrdə yazıb.

"1989-cu il sülh müqaviləsindən sonra bir daha silaha toxunmayacağıma and içdim , amma ölkəm üçün yenidən silaha sarılacağam. Mən qanunsuz yolla seçilmiş Prezident deyiləm və qanunsuz narkotik ticarəti ilə məşğul olmuram. Mənim yeganə əmlakım evimdir və mən maaşımla dolanıram." - Petro deyib.

Seçilən
88
teleqraf.com

1Mənbələr