Rusiyanın "Spartak" klubu Xuan Karlos Karsedonun baş məşqçi postuna təyinatını açıqlayıb.
"Far.Az" xəbər verir ki, bu barədə Moskva klubunun mətbuat xidməti məlumat yayıb.
52 yaşlı ispaniyalı mütəxəssislə 2028-ci ilin yayına qədər müqavilə imzalanıb.
Qeyd edək ki, X.K.Karsedonun son iş yeri Kiprin "Pafos" klubu olub.