
Kolumbiya Prezidenti Qustavo Petro 5 yanvar tarixində ABŞ-dan gələn təhdidlərdən sonra ölkəni müdafiə etmək üçün yenidən silaha əl atmağa hazır olduğunu açıqlayıb.
«1989-cu ildə imzalanan sülh müqaviləsindən sonra silaha toxunmayacağıma and içmişdim, amma vətən üçün yenidən silaha əl atacağam, bunu istəmirəm», – deyə Petro bildirib.
Kolumbiya lideri xəbərdarlıq edib ki, ABŞ xalqın dəstəyini qazanan prezidentə qarşı addım atarsa, bu, münaqişəni qızışdıracaq. O, həmçinin təhlükəsizlik orqanlarının istənilən komandanını ABŞ bayrağını Kolumbiya bayrağından üstün tutarsa vəzifədən azad edəcəyini bildirib.
Petro bildirib ki, xalqına güvənir və onları qanunsuz zorakılıqdan qorunmaq üçün bələdiyyələrdə hakimiyyəti ələ almağa çağırıb, təhlükəsizlik qüvvələrinə isə vətəndaşlara yox, işğalçılara atəş açmağı əmr edib. Bundan əlavə, prezident dövlətə qarşı yalan məlumat verdiyi üçün bir neçə polis kəşfiyyat polkovnikinin işdən çıxarılmasını göstəriş verib.