AZ

Maduro və həyat yoldaşı Nyu-York məhkəməsinə gətirildi

Venesuela lideri Nikolas Maduro və həyat yoldaşı Siliya Flores Nyu-Yorkdakı məhkəmə binasına zirehli maşınla gətirilib.

Doğru.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Bu gün Venesuela prezidenti və həyat yoldaşının işi üzrə dinləmələr keçiriləcək.

Qeyd edək ki, 3 yanvarda ABŞ Venesuelada genişmiqyaslı hərbi əməliyyat keçirərək Maduro və Siliya Floresi tutaraq deportasiya edib. Daha sonra prezident Bruklin həbsxanasına aparılıb.

İspaniya, Braziliya, Çili, Kolumbiya, Meksika və Uruqvay hökumətləri ABŞ-ın əməliyyatını pisləyən birgə bəyanat yayıblar.

DOĞRU.AZ

Seçilən
61
dogru.az

1Mənbələr