AZ

JEK lərlə bağlı YENİ QƏRAR: Sakinlərin hüquqları necə təmin olunacaq?

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə görə çoxmərtəbəli və çoxmənzilli binaların idarə olunması sakinlərin, yəni mənzil mülkiyyətçilərinin ümumi yığıncağına aiddir. Hazırda JEK və ya təsərrufat MMC-ləri kimi qurumlar qanunda nəzərdə tutulmayıb və Nazirlər Kabinetinin belə bir qurum yaratmaq səlahiyyəti yoxdur. Bu tip qurumlar isə bugünkü dövrdə qanunsuz fəaliyyət göstərir".Bunu Demokrat.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.  O, bildirib ki, bəzi hallarda, ümumi yığıncaq qərar verərək binanı idarə etmək üçün müəyyən bir qurumu seçə bilər:"Mənzil Məcəlləsinə əsasən, sakinlər üç idarəetmə üsulundan birini seçə bilərlər: birbaşa idarəetmə, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya kənar idarəetmə təşkilatı. Birbaşa idarəetmə zamanı sakinlər gündəlik toplaşaraq binanı idarə etmirlər, yalnız qərar verirlər. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti isə sakinlərin birgə idarəetmə təşkilatıdır. Kənar idarəetmə təşkilatı isə binanı idarə etmək üçün cəlb olunan qurumdur və bu, Nazirlər Kabineti tərəfindən yaradılmış ola bilər, amma yalnız sakinlərin razılığı ilə".Vəkil bildirib ki, sakinlərin statusu bundan təsirlənmir, bütün əsas səlahiyyətlər onların özündə qalır və istədikləri halda kənar idarəetmə təşkilatını seçə bilərlər.Əfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
31
demokrat.az

1Mənbələr