AZ

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Redaksiyamıza Bakı şəhərinin Xətai rayonu, Gəncə prospektində yerləşən binalarda yaşayan sakinlərdən şikayət daxil olub.

Sakinlər Oxu.Az-a deyiblər ki, "Hayat Residence" MMC Gəncə prospekti 27 və 25A ünvanlarında yerləşən iki doqquzmərtəbəli yaşayış binasının arasında olan ərazini hasarlayıb. Nəticədə hər iki binanın arxa həyətinə çıxış imkanı məhdudlaşıb.

Vurğulanıb ki, hasarlanmış ərazidə 500-dən artıq ağac mövcuddur. Sakinlər iddia edirlər ki, ərazinin hasarlanması nəticəsində binanın qaz avadanlıqları qovşağına, istilik təchizatı borularına və uzunluğu 70 metrdən artıq olan ümumi istifadədə olan pilləkənə çıxış imkanlarını itiriblər. Vətəndaşlar qeyd ediblər ki, sözügedən ərazi Xətai Rayon İcra Hakimiyyəti tərəfindən "Hayat Residence" MMC-yə icarəyə verilib.

Onlar bildiriblər ki, həmin sahə çoxmənzilli yaşayış binasının ümumi əmlakına daxildir və üçüncü şəxslər tərəfindən qanunsuz şəkildə məhdudlaşdırıla bilməz.

Həmçinin müvafiq qurumlara da şikayət edildiyi qeyd olunub.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, Xətai rayonu, Nəsirəddin Tusi küçəsi, 451 ünvanında çoxmərtəbəli yaşayış binasının tikintisi üçün nəzərdə tutulmuş ərazinin hasarlanması (relyef üzrə nisbətən aşağı ərazidə, Gəncə prospekti 23-27 ünvanlarında yerləşən) bina sakinlərinin narazılığına səbəb olub.

Nazirlik vurğulayıb ki, layihənin sənədləşmə işləri davam etdiyindən qeyd edilən ünvanda hər hansı tikinti-quraşdırma işləri aparılmır.

Həmçinin Oxu.Az Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə sorğu ünvanlayıb.

Qurumdan bildirilib ki, sözügedən məsələ ilə bağlı araşdırma aparılacaq.

Şikayətlə bağlı Xətai Rayon İcra Hakimiyyətinə də sorğu göndərmişik.

Məlik Məlikov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
oxu.az

1Mənbələr