Salyan rayonunda baş verən avtomobil qəzasında ölənlər və xəsarət alanlar var.
Publika.az xəbər verir ki, hadisə rayonun Noxudlu kəndi ərazisində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 3 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.
Ölənlərin kimliyi də məlum olub. Qəzada ölənlər Sabirabad rayon sakinləri - 1994-cü il təvəllüdlü Məmmədov Coşqun Məmmədhüseyn oğlu, 1965-ci il təvəllüdlü İmanov Vüqar Həsənqulu oğlu və onun oğlu - 2011-ci il təvəllüdlü Tərlan Vüqar oğlu İmanovdur.