ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.
Beyləqan rayonunda toyda mahnı sifarişi üstündə yaranan mübahisə sonradan cinayətlə nəticələnib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin oktyabrın 2-də rayonun Amankənd kəndində baş verib. 1993-cü il təvəllüdlü Fərqani yolun kəsişməsində Mülkümün bir qədər əvvəl mahnı sifarişini dayandırması səbəbindən aralarında yaranmış mübahisə zamanı bir dəfə yumruq zərbəsi ilə onun sifət nahiyəsindən vurub. Hadisəni törədən Fərqaninin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Fərqani ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, oktyabrın 2-də bibisi oğlu Qüdrətin toy axşamında iştirak edib: “Həmin məclisdə məndən başqa çoxlu insanlar da olub. Həmin toy axşamında bir qədər spirtli içki qəbul etdikdən sonra orada tanımadığım şəxs ilə mahnı sifarişinə görə mübahisələrimiz baş verdi. Həmin mübahisədən sonra Mülküm ilə toy axşamının olduğu həyətdən bir qədər kənara, kəndin arxa tərəfinə gedərək orada mübahisələrimizi davam etdirdik. Mülkün ilə aramızda kənd ərazisində baş verən dava zamanı sərxoş halda olduğumdan onun hansı nahiyəsindən, nə ilə vurmağımı xatırlamıram. Həmin hadisə zamanı spirtli içkinin təsiri altında olmuşam. Hadisədən sonra məni oradan tanımadığım şəxs apararaq uzaqlaşdırdı”.
Bu cinayət işinə Biləsuvar Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən də məhkəmə hökm çıxaran zaman təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib. Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.