İsrail ordusu Livanın dörd şəhərinə hücum etməklə hədələyib
İsrail ordusu atəşkəsə baxmayaraq, Livanın müxtəlif bölgələrindəki dörd şəhərə hücum edəcəyini açıqladı.
Atəşkəs rejimini tez-tez pozan İsrail ordusu Livanın müxtəlif yerlərindəki dörd şəhərə hücum etməklə hədələyib.
Ordu sözçüsü Aviçay Adraee, Amerika şirkətinin X sosial media hesabında paylaşım edərək, Livanın müxtəlif yerlərindəki Kafr Hatta, Ayn əl-Tinah, əl-Manara və Annan şəhərlərində müəyyən yerlərə hücum edəcəklərini açıqladı.
Hədəf ediləcək yerlərin havadan çəkilmiş şəkillərini paylaşan Adraee, bu ərazilərin yaxınlığında yaşayan Livan sakinlərindən bölgəni tərk etmələrini istədi.
Atəşkəsə baxmayaraq, İsrailin hücumları və işğalı davam edir.
aia.az
Tərcümə şöbəsi