AZ

Neftin 50 dollar səviyyəsinə düşməsini heç kim istəməz İqtisadçı

ain.az, Demokrat.az saytına istinadən bildirir.

“Venesuela yalnız tropik iqlim və kənd təsərrüfatı potensialına malik deyil. Ölkə dünyanın sübut olunmuş ən böyük neft ehtiyatlarına sahibdir. Bu, qlobal ehtiyatların təxminən 17–18%-i deməkdir”.Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı Asif İbrahimov deyib.O bildirib ki, ABŞ Venesuelanı öz təsiri altına alsa, dünya neft hasilatının təqribən 60–70%-i faktiki olaraq eyni mərkəzdən idarə oluna bilər:“Belə bir ssenaridə Venesuelada hasilatın gündəlik 1,2 milyon bareldən 3–4 milyon barelə qalxması realdır və nəticədə neft qiymətləri 50 ABŞ dollarından aşağı düşə bilər. Məqsəd isə açıqdır: İran və Rusiyanın strateji “qan damarlarını” məhdudlaşdırmaq.

Demək olar ki, ayının min oyunu var, hamısı bir armudun başındadır. Bəs Azərbaycan? Neftin 50 dollar səviyyəsinə düşməsini heç kim istəməz. Buna görə də region üçün nəticələr strateji və diqqətlə izlənilməlidir”.Leyla Turan 

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
46
demokrat.az

1Mənbələr