AZ

Rusiya 20 azərbaycanlı miqrantı zorla Ukrayna ilə müharibəyə göndərir

Rusiyada çalışan miqrantların, o cümlədən Azərbaycan vətəndaşlarının zorla Ukrayna ilə davam edən müharibəyə göndərildiyi barədə yeni məlumatlar ortaya çıxıb.

APA-nın əldə etdiyi məlumata görə, son olaraq Azərbaycan vətəndaşı olan 20 nəfər Ukrayna ilə müharibəyə cəlb olunub.

Məlumatda bildirilir ki, 3-4 il əvvəl Rusiyaya tikinti sahəsində işləmək üçün gedən azərbaycanlılardan biri son illər müharibə zonasından kənarda, Donetsk ərazisində müxtəlif obyektlərin tikintisində çalışıb.

O, 13 dekabr 2025-ci ildə Azərbaycanda yaşayan qardaşına yazıb ki, tikintidə çalışan təxminən 250 nəfər işçi zorla avtobuslara mindirilib və Voronej vilayətində yerləşən 11097 saylı hərbi hissəyə - 362-ci alaya aparılıb.

Onların Ukraynaya - cəbhə xəttinə göndərilməsi planlaşdırılır.

Tikintidə ümumilikdə minə yaxın miqrant çalışıb. Onların arasında Azərbaycan, Özbəkistan, Qırğızıstan və Tacikistan vətəndaşları olub.

Azərbaycandan olan işçilərin sayı isə təxminən 20 nəfərdir.

Onların işlədiyi ərazi tam qapalı zona olub, ora giriş-çıxış sərbəst deyilmiş. Hətta işləməyə gedəndə belə 3-4 hərbi postdan keçirmişlər.

Məlumata görə, işçilər əvvəlcə yaşayış binaları və obyektlərin tikintisində çalışıb. Daha sonra isə onları qruplar halında naməlum istiqamətə aparıblar.

Birinci mərhələdə işçilərin yarısı, sonra qalanları aparılıb. Lakin hara apardıqlarını deməyiblər.

Seçilən
32
19
aznews.az

10Mənbələr