AZ

Rus idmançı türklərdən və ərəblərdən üzr istəyib

Hazırda Almaniyada olan fiqurlu konkisürən Alina Qorbaçova diqqətsiz ifadələr işlətdiyini söyləyib.

Ölkə.Az məlumat verir ki, o, sosial mediadakı paylaşımına görə Telegram kanalında türklərdən və ərəblərdən üzr istəyib.

"Bütün ölkələrin nümayəndələrinin nalayiq davrana biləcəyini çox yaxşı başa düşürəm. Diqqətsiz ifadələrimə görə türklərdən və ərəblərdən üzr istəyirəm. Çox qorxdum və fikirlərimi səhv ifadə etdim", - Qorbaçova deyib.

İdmançı əvvəlki paylaşımında videoçıxış edərək bildirib: "Uşaqlar, sizə bir şey deyim! Metrodan çıxanda sərxoş türk izdihamı ilə qarşılaşdıq. Çox qorxduq! Geri qaçdıq, qatar stansiyasına çatdıq və taksi çağırdıq. Burada çoxlu türk və ərəb var. Həqiqətən də qorxuncdur, Moskvadakından daha qorxuncdur. Almaniyada narkotiklər də qanunidir və burada çoxlu dəli insan var. Həqiqətən də qorxuncdur".

Ölkə.Az

Leyla

Seçilən
107
2
olke.az

3Mənbələr