AZ

Mbappe "Atletiko Madrid"ə qarşı oyununda iştirak etməyəcək

“Real”ın hücumçusu Kilian Mbappe İspaniya Superkubokunun yarımfinal mərhələsində Madrid “Atletiko”suna qarşı keçiriləcək oyunda iştirak etməyəcək.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə "The Athletic" nəşri məlumat yayıb.

Qarşılaşma 8 yanvar tarixində Ciddə şəhərində (Səudiyyə Ərəbistanı) baş tutacaq. Daha əvvəl Mbappenin “Real”ın heyəti ilə oyuna gedəcəyi bildirilsə də, zədə səbəbindən onun meydana çıxıb-çıxmayacağı sual altında idi. Son məlumatlara əsasən, fransalı hücumçunun “Atletiko”ya qarşı matçı buraxacağı dəqiqləşib.

İspaniya Superkubokunun digər yarımfinalında “Barselona” ilə Bilbao “Atletik”i üz-üzə gələcək. Turnirin final oyunu isə 11 yanvar tarixində keçiriləcək.

Qeyd edək ki, Kilian Mbappe 2024-cü ilin yayından etibarən “Kral klubu”nun formasını geyinir. Bu müddət ərzində o, Madrid təmsilçisinin heyətində 83 oyunda 73 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Mbappenin “Real”la müqaviləsi 2029-cu ilin iyun ayınadək qüvvədədir.

Seçilən
40
90deqiqe.az

1Mənbələr