Salyan rayonunda baş verən avtomobil qəzasında ölənlərin sayı üçə çatıb.
"Far.Az"un Aran bürosu xəbər verir ki, qəzada yaralanan Tərlan Vüqar oğlu İmanov həkimlərin səyinə baxmayaraq xəstəxanada ölüb.
Salyan rayonunda baş verən avtomobil qəzasında ölənlərin kimliyi məlum olub.
"Far.Az"un Aran bürosunun məlumatına görə, qəzada ölənlər Sabirabad rayon sakinləri - 1965-ci il təvəllüdlü İmanov Vüqar Həsənqulu oğlu və 1994-cü il təvəllüdlü Məmmədov Coşqun Məmmədhüseyn oğludur.
Hadisə zamanı xəsarət alanlar isə Sabirabad rayon sakinləri - 1985-ci il təvəllüdlü Məmmədov Mirzağa Həbib oğlu, onun həyat yoldaşı, 1983-cü il təvəllüdlü Məmmədova Pərvanə Fərhad qızı, onların qızı, 2011-ci il təvəllüdlü Məmmədli Fatimə Mirzağa qızı və qəzada ölən V.İmanovun oğlu, 2011-ci il təvəllüdlü Tərlan Vüqar oğlu İmanovdur.
Salyan rayonunda baş verən avtomobil qəzasında ölənlər və xəsarət alanlar var.
"Far.Az"un Aran bürosu xəbər verir ki, hadisə rayonun Noxudlu kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, iki avtomobilin toqquşması nəticəsində iki nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aprarılır.