II Liqanın ikinci dövrəsinə hazırlıqlarını davam etdirən “Xankəndi”nin qış fasiləsi üçün planları müəyyənləşib.
Bu barədə "Unikal"a klubun mətbuat xidmətindən məlumat verilib.
Qarabağ təmsilçisi 15 yanvar tarixində bir araya gələcək və Bakı şəhərində, “Neftçi Baza”da 10 günlük təlim-məşq toplanışı keçəcək. Hazırlıq prosesi həm fiziki, həm də taktiki baxımdan komandanın ikinci dövrəyə optimal şəkildə hazırlaşmasını hədəfləyir.
Qeyd edək ki, təlim-məşq toplanışı eyni zamanda seleksiya xarakteri daşıyacaq. Bu müddət ərzində məşqçilər korpusu tərəfindən potensial yeni futbolçuların baxışdan keçirilməsi nəzərdə tutulur.
Toplanış çərçivəsində 4 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.