AZ

Kuleba Ukraynanın Xarici Kəşfiyyat Xidmətinə rəhbər gətirlir

Ukraynanın sabiq xarici işlər naziri Dmitro Kulebanın Xarici Kəşfiyyat Xidmətiniin başına gətirilməsi müzakirə olunur...

Ukraynanın keçmiş xarici işlər naziri Dmitro Kuleba ölkənin Xarici Kəşfiyyat Xidmətinə rəhbərlik edə bilər.

Poliqon xəbər verir ki, bu barədə “RBK-Ukrayna” nəşri mənbəyə istinadən məlumat yayıb. Məlumata görə, Ukrayna prezidenti Volodimir Zelenski hazırda bu qurumun fəaliyyətinin yeni formatlarını axtarır və Kulebanın adı əsas namizədlər sırasında çəkilir.

Mənbənin sözlərinə görə, müzakirə olunan variantlar arasında Kulebanın prezidentin formal və ya qeyri-formal müşaviri, yaxud xüsusi nümayəndəsi kimi fəaliyyət göstərməsi də var. Digər ehtimal isə onun birbaşa olaraq Xarici Kəşfiyyat Xidmətinə rəhbərlik etməsidir. Mənbə qeyd edib ki, dövlət başçısı kəşfiyyat strukturunun qarşıdakı mərhələdə daha çevik və effektiv işləməsini təmin edəcək yeni institusional yanaşmalar üzərində düşünür.

Bundan əvvəl Volodimir Zelenski Dmitro Kuleba ilə görüş keçirib. Görüş zamanı Ukrayna ətrafında yaranmış siyasi və informasiya mühiti müzakirə olunub. Prezident Kulebanın hələ də “Ukrayna komandasının üzvü” olmasından məmnunluğunu ifadə edib. Tərəflər gələcəkdə birgə əməkdaşlığın konkret istiqamətlərinin müəyyənləşdirilməsi barədə razılığa gəliblər.

Qeyd edək ki, yanvarın əvvəlində Zelenski ölkədə genişmiqyaslı kadr dəyişikliklərinə start verib. O, korrupsiya qalmaqalı fonunda vəzifəsindən azad edilən prezident ofisinin rəhbəri Andrey Yermakın yerinə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirilo Budanovu təyin etməyi təklif edib. Hazırkı Xarici Kəşfiyyat Xidməti rəhbəri Oleq İvaşçenko isə Budanovun boşaltdığı posta keçirilib. Bu dəyişikliklər fonunda Kulebanın mümkün yeni vəzifəsi siyasi dairələrdə ciddi müzakirə mövzusuna çevrilib.

Poliqon.info

Seçilən
46
poliqon.info

1Mənbələr