Venesuela lideri Nikolas Maduro və həyat yoldaşının həbsxanadan təxliyə edildikdən sonra aparıldığı Nyu-York şəhər məhkəməsinin qarşısında onların azad edilməsi tələbi ilə etiraz aksiyası keçirilir.
Newscenter.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, nümayişçilər "Maduroya azadlıq" və "Venesueladan əl çəkin" şüarları səsləndiriblər. Onlar Bolivar Respublikasının bayraqlarını və Vaşinqtonun Latın Amerikası işlərinə müdaxiləsini dayandırmasını tələb edən plakatlar tutublar.
Qeyd edək ki, 3 yanvarda Venesuela xarici işlər naziri İvan Gil Pinto ABŞ-ın Karakasdakı mülki və hərbi hədəflərə hücum etdiyini açıqlayıb. O, Vaşinqtonun hərəkətlərini hərbi təcavüz adlandırıb. Venesuela prezidenti və həyat yoldaşı tutularaq ölkədən çıxarılıb. Onlar ABŞ-a gətirilərək Nyu-Yorkun cənubundakı Bruklin həbsxanasında saxlanılıblar.
Anar