AZ

Quterreş: ABŞ-ın əməliyyatı Venesuelada qeyri-sabitliyi daha da artıra bilər



ABŞ-ın hərbi əməliyyatı Venesuelada qeyri-sabitliyi daha da artıra, bütün Latın Amerikası regionuna mənfi təsir göstərə bilər.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş deyib. O bildirib ki, Venesuelada baş verənlər beynəlxalq münasibətlərdə təhlükəli bir presedent yarada bilər.

Quterreş ABŞ-ın Venesueladakı əməliyyatı ilə bağlı yazılı açıqlamasında bildirib ki, ölkədə daha da qeyri-sabitliyin yaranma potensialı, regiona potensial təsiri və bunun ölkələrimiz arasındakı münasibətlər üçün yarada biləcəyi presedentdən dərin narahatlıq keçirir.

Sənədi BMT Baş katibinin müavini Rozmari DiKarlo oxuyub. O, BMT Təhlükəsizlik Şurasının Venesueladakı vəziyyətlə bağlı iclasında iştirak edib.

Anar
Seçilən
67
1
newscenter.az

2Mənbələr