Fransa Venesuela Prezidenti Nikolas Maduronun ələ keçirilməsi üçün ABŞ-ın istifadə etdiyi əməliyyat metodlarını dəstəkləmir.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib. Emmanuel Makron bu açıqlamanı hökumət iclasında verib.
Makron Fransanın beynəlxalq hüququ və xalqların azadlığını müdafiə etdiyini vurğulayıb. Fransa lideri ABŞ əməliyyatının beynəlxalq hüquqa uyğun olmadığına inanır.
Qeyd edək ki, 3 yanvarda Venesuela xarici işlər naziri İvan Gil Pinto ABŞ-ın Karakasdakı mülki və hərbi hədəflərə hücum etdiyini açıqladı. O, Vaşinqtonun hərəkətlərini hərbi təcavüz adlandırdı. Ölkədə fövqəladə vəziyyət elan edildi. ABŞ prezidenti Donald Tramp Venesuelaya endirilən zərbələri təsdiqlədi. Maduro və həyat yoldaşı tutularaq ölkədən çıxarıldı.
Anar