AZ

Vacib görüşdən əvvəl tualetə getmək istəyi niyə olur? Həkim açıqladı

Həkim Xose Luis Lopes Qonsales bildirib ki, vacib görüş və ya tədbirdən əvvəl qəfil tualetə getmək istəyi, ürəkbulanma, qarında ağrı və qaz kimi əlamətlər çox vaxt stress və psixoloji gərginliklə bağlı olur.

E-saglam.az xəbər verir ki, o, "Hola" nəşrinə müsahibəsində bu cür mədə-bağırsaq narahatlıqlarının səbəblərini və onlarla mübarizə yollarını açıqlayıb.

Mütəxəssisin sözlərinə görə, həzm sistemində yaranan bu fiziki əlamətlər güclü stressin göstəricisidir. Bu hal “bağırsaq-beyin oxu” ilə izah olunur. Yəni beyin və həzm sistemi daim bir-biri ilə əlaqədədir və psixoloji gərginlik birbaşa bədəndə fiziki simptomlara çevrilə bilər.

Qonsales ilk olaraq diqqəti yayındırmağa kömək edən məşqləri tövsiyə edir. Meditasiya, nəfəs texnikaları və yüngül fiziki hərəkətlər qarşıdan gələn hadisəyə fokuslanmanı azalda bilər. İkinci yol isə psixoterapiyadır. Bu üsul narahatlıq və keçmiş travmaların aradan qaldırılmasına kömək edə bilər.

Həkim əlavə edib ki, bəzi hallarda narahatlıq əleyhinə dərmanlar üçün mütəxəssisə müraciət etmək mümkündür. Bununla yanaşı, əsas məqsəd narahatlığın kök səbəbini tapmaq və onu aradan qaldırmaqdır. Simptomların yüngülləşməsi üçün mədə və bağırsaq əzələlərini rahatladan antispazmodik dərmanlar barədə də həkimlə məsləhətləşmək tövsiyə olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
33
e-saglam.az

1Mənbələr