AZ

Azərbaycanda bu şəxslərə kredit verilməyəcək?

Aylıq gəliri az olan vətəndaşların bank və kredit təşkilatlarından borc götürmək imkanları getdikcə daha çox sual doğurur. Kredit şərtlərinin sərtləşdiyi, gəlir tələblərinin əsas meyar kimi ön plana çıxdığı bir dövrdə bu kateqoriyadan olan şəxslərin maliyyə resurslarına çıxışı tamamilə məhdudlaşa bilərmi?

Publika.az xəbər verir ki, mövzu ilə bağlı konkret.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, kredit bazarında gəlir meyarı əsas şərt olaraq qalır:

“Onsuz da imkan məhduddur. Banklar və bank olmayan kredit təşkilatları kredit verərkən insanın aylıq gəlirinə xüsusi diqqət yetirirlər. Əgər aylıq gəlir azdırsa, kifayət etmirsə və insanın özünü, ailəsini yaşayış minimumu səviyyəsində təmin etməyə imkan vermirsə, ya ümumiyyətlə kredit vermirlər, ya da çox az məbləğdə verirlər”.

Ekspertin sözlərinə görə, bu yanaşma banklar üçün risklərin azaldılması baxımından başadüşüləndir, lakin aşağı gəlirli vətəndaşların maliyyə resurslarına çıxışını daha da çətinləşdirir. Nəticədə, bu təbəqənin əsas ehtiyaclarını qarşılamaq üçün kreditdən istifadə imkanları xeyli daralır.

Seçilən
30
7
publika.az

8Mənbələr