İnfrakt keçiridiyi üçün səyahət edə bilməyib, təyyarə biletini geri qaytaran vətəndaş pulunun çox hissəsini geri ala bilmədiyini deyir.
Xezerxeber.az-ın məlumatına görə, Sumqayıt şəhər sakini Əkbər Muradov iddia edir ki, Qazaxıstana səyahət üçün özü və həyat yoldaşına iki aviabilet alıb. Lakin səhətində yaranan problem səbəbilə səyahət baş tutmayıb.
Əkbər Muradov deyir ki, prosesi həyata keçirən səyahət şirkətinə uçuşa 3 gün qalmış bilet qaytarılıb. Amma 1525 manatdan sadəcə 675 manat vəsait geri qaytarılıb.
Şikayətçinin sözlərinə görə, daha sonra onlara 176 dollar ödənişin də geri qaytarılacağı deyilsə də, bu baş verməyib. Məsələ ilə bağlı biletin alındığı şirkətdən "Xəzər Xəbər"ə bildirildi ki, qaydalara uyğun olaraq müştərinin hüquqları özünə bildirilib.
Qeyd olunan uçuşu həyata keçirən "Flyarstan" şirkəti ilə əlaqə saxladıq. Məlum oldu ki, şikayətçinin məlumatları onlara tam göndərilməyib.
"Xəzər Xəbər"ə göndərilən cavaba görə, nikah şəhadətnaməsinin tərcümə olunmuş versiyası "Flyarstan" şirkətinin imeyl ünvanına göndərildiyi halda vətəndaşın məbləği geri qaytarıla bilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.