Reyting.az saytına istinadən ain.az xəbər verir.
2026-cı ilin infoqrafikasında ərazisinə görə oxşar ölkələrin siyahısı təqdim olunub. Məlum olur ki, bəzi ölkələrin ərazi konturları bir-birinə bənzəyir.
Reyting.az xəbər verir ki, Cənubi Koreya ilə İrlandiya arasında ümumi cəhətlərin olub-olmaması mübahisə doğursa da, xəritədə onların konturlarında oxşarlıq var.
Xəritədə asanlıqla tanınan İtaliya üçün də "oxşar" tapılıb - Laos. Bu ölkələr arasında bənzərlik az olsa da, diqqət çəkir.
Seçməyə həm forma, həm də coğrafi yaxınlıq baxımından bir-birinə bənzər daha iki Avropa ölkəsi - Monteneqro və Kosovo da daxildir. Xatırladaq ki, Monteneqro həm də, ilk mərhələdə Kosovonun müstəqilliyini tanıyan ölkələr sırasındadır.
Lixtenşteynin oxşar "tərəfdaşı" Lüksemburq olub. Üstəlik, forma baxımından oxşar olan bu iki ölkədən Lüksemburqun ərazisinə təxminən 16 Lixtenşteyn sığa bilər.
İnfoqrafikadakı ən böyük ölkə Argentinadır. Öz sahəsinə görə dünyada səkkizinci yerdə olan Argentina formasına görə, Livana çox bənzəsə də, ərazi baxımından bu Orta Şərq ölkəsini təxminən 267 dəfə üstələyir.

Oqtay QORÇU
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.