AZ

Maduro ilə bağlı məhkəmə prosesinin əsas mərhələsi 2027-ci ildən tez başlamayacaq

Venesuelanın sabiq prezidenti Nikolas Maduro bu gün ABŞ məhkəməsi qarşısına çıxacaq. Lakin məhkəmə prosesinin əsas – aktiv mərhələsinin 2027-ci ildən tez başlaması gözlənilmir. Bu barədə Bloomberg nəşri məlumat yayıb.

NOCOMMENT.az xəbər verir ki, məlumata görə, bu gün keçiriləcək məhkəmə iclası formal ilkin dinləmə xarakteri daşıyacaq. İclas zamanı məhkəmə ittihamları rəsmi şəkildə elan edəcək, iş üzrə prosessual qrafik müəyyənləşdiriləcək, ilkin vəsatətlərin verilməsi müddətləri açıqlanacaq və təqsirləndirilən şəxslə bağlı həbs-qətimkan tədbiri məsələsinə baxılacaq.

Bloomberg-in yazdığına görə, Maduronun girov müqabilində azadlığa buraxılması ehtimalı olduqca zəif qiymətləndirilir. ABŞ məhkəmə praktikasında bu səviyyədə ağır ittihamlarla üzləşən şəxslər üçün girov seçimi nadir hallarda tətbiq olunur.

Nəşr qeyd edir ki, işin mahiyyəti üzrə dinləmələrə hazırlıq uzun müddət tələb edəcək. İttihamların çoxluğu, sübut bazasının genişliyi və beynəlxalq xarakter daşıması səbəbindən məhkəmə prosesinin əsas mərhələsinin ən tez 2027-ci ildə başlanacağı proqnozlaşdırılır.

Ekspertlər bildirirlər ki, bu iş ABŞ hüquq tarixində ən mürəkkəb və siyasi baxımdan ən həssas proseslərdən biri ola bilər. Prosesin gedişi həm Venesuela daxilində, həm də beynəlxalq aləmdə ciddi siyasi və hüquqi nəticələr doğura bilər.

Seçilən
168
2
nocomment.az

10Mənbələr