Kadırovdan Zelenskiyə şok hədə: “Madurodan daha tez Qroznıda olacaq”
Çeçenistan lideri əmr veriləcəyi təqdirdə Ukrayna Prezidentini və ətrafını dərhal gətirə biləcəyini iddia edib.
İnterpress.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov bəyan edib.
Məlumata görə, Ramzan Kadırov Ukrayna Prezidenti Vladimir Zelenski və onun komandası ilə bağlı sərt və iddialı açıqlama verib. O, Venesuela Prezidenti Nikolas Maduronun ABŞ-yə aparılması hadisəsi ilə paralellər apararaq Rusiya tərəfinin daha çevik hərəkət edə biləcəyini vurğulayıb.
“Əgər əmr verilərsə, Zelenski və onun əlaltıları Maduronun ABŞ-yə çatdırılmasından daha tez bir zamanda Qroznıda olacaqlar”, – deyə Kadırov bildirib.
Çeçenistan rəhbəri bu sözləri ilə Rusiya güc strukturlarının potensialını və verilən tapşırıqları istənilən an yerinə yetirməyə hazır olduqlarını nümayiş etdirmək istəyib.
Xuraman Etibarlı
İnterpress.az