AZ

Şəhərsalma və Memarlıq İli nin elan edilməsi üçün ciddi əsaslar var Deputatdan AÇIQLAMA

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"BMT-nin Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyasının (WUF13) 2026-cı ildə Bakı şəhərində keçirilməsi qərarı ölkəmizin iqlim dəyişmələri və şəhərsalma ilə əlaqədar qlobal çağırışların həllində, innovativ yanaşmaların formalaşmasında etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsinin bariz göstəricisidir".Bunu Demokrat.az-a açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib. O, bildirib ki, məhz bu amil, eləcə də Azərbaycanda şəhərsalma və memarlıq ənənələrinin çoxəsrlik zəngin bir keçmişi, bu ənənələrin milli mədəniyyətin əsas xüsusiyyətlərinin qorunması ilə ötən dövrlərin memarlıq tendensiyalarına uyğun müasir çağırışlarla uzlaşması, o cümlədən ölkənin sosial-iqtisadi inkişaf strategiyasında paytaxt və regionların tarazlı inkişafının təmin edilməsi kimi məqsədlərin mövcudluğu 2026-cı ilin Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” elan edilməsi üçün ciddi bazis rolunu oynadı:"Məlumdur ki, dayanıqlı şəhərlər və icmalar BMT-nin Azərbaycanda şəhər və yaşayış məntəqələrinin açıqlığının, təhlükəsizliyinin, davamlılığının və ekoloji dayanıqlılığının təmin edilməsinə nail olmaq istiqamətində səyləri əhatələyən Dayanıqlı İnkişaf Məqsədlərindən biridir. Bu məqsəd, eyni zamanda gələcək nəsillərin ehtiyaclarını nəzərə alaraq və hər kəs üçün əlçatan, səmərəli və ekoloji cəhətdən sağlam yaşayış mühiti yaradılmasını nəzərdə tutur". Deputat bildirib ki, Azərbaycan Respublikasının Vətən müharibəsi və antiterror tədbirlərində böyük Zəfərinin ardınca işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri, o cümlədən əhalinin təhlükəsiz və ləyaqətli qayıdışının təmin olunması istiqamətində atılan addımlar, heç şübhəsiz ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədi hesab edilən amillərin, o cümlədən 11-ci məqsədin realizəsi istiqamətində ən uğurlu praktik addım sayıla bilər:"Üstəlik, nəzərə alsaq ki, Azərbaycanın Böyük Qayıdışı realizə etdiyi Qarabağ və Şərqi Zəngəzur ərazicə dünyanın 70 ölkəsindən daha böyük sahəni əhatələyir və bu bölgənin dövlət proqramlarına müvafiq olaraq yaşıl enerji zonası elan edilməsi, üstəlik qısa müddət ərzində 100-dən artıq yaşayış məntəqəsində, o cümlədən 12 şəhərdə planlaşdırma sənədlərinin hazırlanaraq quruculuq istiqamətində real addımların atılması, əlbəttə, Azərbaycanın istər şəhərsalma təcrübəsinin, istərsə də BMT-nin 11-ci dayanıqlı inkişaf məqsədinin hədəfə çatımlığı baxımdan müstəsna nümunə hesab edilə bilər".Əfsanə Kamal

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
62
demokrat.az

1Mənbələr