“Mançester Yunayted” baş məşqçi postuna Oliver Qlasnerin namizədliyini nəzərdən keçirir.
Publika.az xəbər verir ki, “The Independent” nəşrinin məlumatına görə, klub onu istefaya göndərilən Ruben Amorimin əsas əvəzləyicisi kimi görür. Hazırda “Kristal Pelas”a rəhbərlik edən Qlasner “mankunianlar”ın yeni baş məşqçisi ola bilər.
Qlasnerdən başqa, namizədlər sırasında “İpsviç”in baş məşqçisi Kiran Makkenna və daha əvvəl “Çelsi”dən qovulan Entso Mareska da var. Eyni zamanda hazırda Almaniya millisinin baş məşqçisi olan Yulian Naqelsmannın təyinatı ehtimalı da istisna edilmir. “Mançester Yunayted”in idman direktoru Kristofer Vivell Naqelsmannın işi ilə yaxından tanışdır.